Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 47 100 hərbçisini itirib. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 947 tank, 4 269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149…

Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ…

AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib. Sentyabrın ilk günlərindən Bakı-Təl-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə “Airbus A319” təyyarələrinin əvəzinə “Boing 787 Dreamliner” təyyarələrindən istifadə olunacaq. Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Təl-Əviv-Bakı reyslərini mümkün…

Telekommunikasiya nəhəngi Rusiyanı tərk etdi

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti ilin sonuna kimi Rusiyadakı nümayəndəliyini bağlayacaq və bütün əməkdaşlarını işdən azad edəcək. Bununla belə, “Ericsson” şirkətinin əməkdaşları işsiz qalmayacaqlar. Belə ki, ixtisaslı əməkdaşlar rusiyalı top menecerlər tərəfindən yaradılacaq yeni şirkətə keçəcəklər. Ekspertlərin fikrincə, “Ericsson”un Rusiyada fəaliyyətini dayandırması müştərilər üçün müəyyən problemlər yaradacaq, xarab olan hissələrin tapılmasında çətinliklər yaşanacaq.