“Kimsə Rusiyanı alçaltmamağı xahiş edərkən, bu ölkə yeni hücumlara əl atır”

Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır. Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb. “Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var – mümkün qədər çox ukraynalının…

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və  Murad Yunusovun xatirəsinə həsr olunan…

“Bizim dediklərimizə gələcəklər, bunu da görəcəyik”

“Bəli, dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümükünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər. Allah ömür versə, bunu da görəcəyik”. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının tioplantısında səsləndirib. O bildirib ki, getdikcə daha çox ölkə BMT-nin Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu anlayır və bu məsələdə…

Ruslar Kiyevdə DVRZ-yə raket zərbələri endiriblər

Bu gün, iyunun 5-də rus işğalçıları Kiyevə beş qanadlı raket atıblar. Onlardan dördü Darnitsa vaqon təmiri zavodunun ərazisinə düşüb. Zərbə nəticəsində emalatxanalara ziyan dəyib. Dəmiryolçulardan biri yaralanıb, ona tibbi yardım göstərilib. Partlayış səsləri Kiyev vilayətində də eşidilib. Bundan əvvəl işğalçılar Vasilyevski rayonuna raket zərbələri endiriblər. Brovarı şəhərinin meri İqor Sapojko saat 6:00 radələrində partlayışın baş…

Venesuela neftini Aİ-yə ixrac edəcək

Amerika Birləşmiş Ştatları Venesuela neftinin Avropaya tədarükünə icazə verdi. Avropa şirkətləri Rusiya neftini əvəz etmək üçün iyulda Venesueladan neft göndərməyə başlaya bilər, Reuters xəbər verir. İtaliyanın Eni SpA və İspaniyanın Repsol SA şirkətləri icazə aldılar. Bunlar neftin kiçik həcmləri olacaq, ona görə də dünya qiymətlərinə təsir cüzi olacaq. ABŞ administrasiyası ümid edir ki, Venesuela nefti…

Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb. Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib. “Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, – deyə Çelik bildirib. O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.

Rusiyalı hərbçilər Ukraynanın daha bir şəhərini yer üzündən sildilər

Rusiyalı hərbçilər Donetsk vilayətinin Liman şəhərini yer üzündən siliblər. Bu barədə şəhər meri Aleksandr Juravlyov məlumat verib. Onun sözlərinə görə, şəhər tamamilə məhv edilib. Limanda qaz, su, işıq yoxdur. “Orada 7,5 minə yaxın sakin var. Onları evakuasiya etmək imkanı isə hələ ki, yoxdur”, – Juravlyov bildirib. “Şəhər sadəcə mövcud deyil, ruslar onu tamamilə dağıdıblar”, –…

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalça kolleksiyası və kitab təqdim olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub-saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. İcrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib. Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz…

Prezident bir qrup işçiyə fəxri ad verib

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Abasov Xalid Əvəz oğlu Abdullayev Elşad Əlipaşa oğlu Abışov İxtiyar Şükür oğlu Məmmədov Adəm İman oğlu Məmmədov Natiq Misir oğlu.

Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı təklif edib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib. “NATO-nun Madriddə keçiriləcək sammiti zamanı… (alyans – red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə…