“Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”

“Azərbaycan və Avropa Komissiyası arasında səmərəli əməkdaşlıq Cənub Qaz Dəhlizinin reallaşdırılmasında mühüm rol oynadı və gələcək planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. “Biz Avropa Komissiyası ilə daimi təmasdayıq. Fevral ayının əvvəllərində Bakıda Avropa İttifaqının (Aİ) enerji…

Türkiyə və Pakistan arasında yeddi saziş imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif ilə məhdud və geniş tərkibli görüşlər keçirib. Bu görüşlərin nəticəsi olaraq, Türkiyə ilə Pakistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma mərasimindən sonrakı birgə mətbuat konfransında çıxış edən Ərdoğan bu il Pakistanla diplomatik münasibətlərin 75 illiyinə diqqət çəkib. “Pakistan ilə əlaqələrimizi daha…

“Britaniya Azərbaycanın Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirir”

“Böyük Britaniya Azərbaycanın Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirir”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyinə həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, London Ukraynaya dəstəyini, həmçinin hərbi yardımı dayandırmayacaq. Səfir Ukraynanın son bir neçə həftə ərzində şimal istiqamətində müəyyən hərbi uğurlar əldə etdiyini vurğulayıb.

Aİ Rusiya qazını qadağan edəcək, amma indi yox

Avropa Birliyi Rusiya qazına mütləq embarqo qoyacaq, lakin yeddinci sanksiyalar paketində deyil. Ukrayna Xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib ki, Rusiya qazından kritik dərəcədə asılı olan bəzi ölkələr texnoloji həllər tapmalıdır. “İki ay əvvəl siz Avropada insanlara neft embarqosundan danışanda gözlərini zilləyib deyirdilər ki, yox, belə olmaz, belə çətindir. İndi də qaz embarqosundan…