İsveçin xarici işlər naziri Ann Linde mayın 17-də ölkənin Şimali Atlantika Alyansına (NATO) daxil olması üçün ərizə imzalayıb.
Platform4.news xəbər verir ki, bu barədə İsveçin NATO yanında missiyası “Twitter” səhifəsində məlumat yayıb.
“Bu səhər Xarici İşlər Naziri Ann Linde İsveçin NATO-ya daxil olmaq üçün ərizəsini imzalayıb”, – missiya bildirib.
Dünən İsveç hökuməti NATO-ya üzvlük üçün müraciət etmək qərarını rəsmən açıqlayıb. Bazar ertəsi də İsveçin baş naziri Maqdalena Andersson İsveç xalqının təhlükəsizliyini təmin etmək üçün İsveçin qonşu Finlandiya ilə birlikdə NATO-ya qoşulmalı olduğunu söylədi.







