UKRAYNADA FƏALİYYƏT GÖSTƏRƏN BİRLƏŞMİŞ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏTİ BİR ÇOX REGİONLARDA DAHA QABARIQ ÖZÜNÜ GÖSTƏRİR.
Bunu Platform4.news Diaspor.info saytına istinadən bildirir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayət Təşkilatı da, Azərbaycan Xalqını Layiqincə Təmsil Edir.
BUAK-nin Nikolayev Vilayəti üzrə təşkilatın sədri Yunus Alıyevi oxucularımıza təqdim etməyə ehtiyac yoxdur. Onu təkcə Ukraynada deyil, bütün dünyada tanıyırlar.
Onun gördüyü işlər, necə deyərlər yazsaq bir kitaba sığmaz. Nikolayev şəhərində Millətlər Assambleyasının sədri də, Azərbaycan oğludur.
Şəhər meriyasında xalqımızı layiqincə təmsil edən Anar Axundov Yunus Alıyevin ətrafında sıx birləşərək, təşkilati işlərin öhdəsindən layiqincə gəlir.
Ukraynada çörək istehsalına görə dəfələrlə birinciliyi qazanmış Fərrux Şahbabayev də, Yunus Alıyevlə çiyin-çiyinə xalqına xidmət edənlərdəndir.
Budəfəki gəlişimiz sözügedən şəhərdə bayram gününə təsadüf etdi.
Şəhərdə dalğalanan Azərbaycan bayrağını görmək çox qürurvericidir.










