SOCAR-ın Şöhrət ordenli əməkdaşı vəfat edib

“Uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov 80 yaşında vəfat edib”. Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yayıb. Bildirilir ki, bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi. “S.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları…

AZƏRBAYCAN UKRAYNA DOSTLUĞU HƏR GÜN DAHA DA MÖHKƏMLƏNİR

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti üzrə sədri Nəcəf Əhmədovun qonağı olan Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərli Dnepropetrovsk vilayətinin deputatı, Ukrayna Ali Radasının keçmiş deputatı olmuş və Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuş Maksim Pavloviç Kuryaçiylə görüşüb. M. Pavloviç saytımıza video-müsahibəsi zamanı Azərbaycan və Ukrayna dostluğundan, Azərbaycan diasporunun fəaliyyətindən geniş danışıb. Video-müsahibəni olduğu…

Nikolayev Azərbaycanlıları Xalqımızı Layiqincə Təmsil Edirlər

UKRAYNADA FƏALİYYƏT GÖSTƏRƏN BİRLƏŞMİŞ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏTİ BİR ÇOX REGİONLARDA DAHA QABARIQ ÖZÜNÜ GÖSTƏRİR. Bunu Platform4.news  Diaspor.info saytına istinadən bildirir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayət Təşkilatı da, Azərbaycan Xalqını Layiqincə Təmsil Edir. BUAK-nin Nikolayev Vilayəti üzrə təşkilatın sədri Yunus Alıyevi oxucularımıza təqdim etməyə ehtiyac yoxdur. Onu təkcə Ukraynada deyil, bütün dünyada tanıyırlar. Onun…

“Mən ABŞ prezidenti olaraq qalsaydım…”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerika lideri olaraq qalsaydı, Kabildə partlayışlara icazə verməzdi. O, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Bu faciə olmamalı idi. Mən sizin prezidentiniz olsaydım, belə olmayacaqdı”, – Ağ Evin keçmiş rəhbəri deyib. O, həmçinin qurbanların ailələrinə başsağlığı verib və bütün amerikalıların onlarla birlikdə yas saxladığını bildirib. Tramp əlavə…

Rus analitik Gorus-Qafan yolunun bağlanması haqda

Rusiyalı analitik Modest Kolerov Azərbaycan ordusunun Ermənistan və İran arasındakı Gorus-Qafan yolunu bağlamasına münasibət bildirb. Bu barədə o, Ermənistanın “Joxvurd” qəzetinə açıqlamasında danışıb. Rusiyalı analitik qeyd edib ki, Ermənistanda daxili vəziyyət hələ də qeyri-müəyyən olsa da, Azərbaycan öz proqramlarını həyata keçirməyə davam edir: “Bu vəziyyətin illərlə davam etməsi mümkündür. Rusiyanın iştirakı ilə danışıqlar sabah başlasa…

“Dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü”

Müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü. Çünki müharibəyə qədər işğal dövründə həm Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı, eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də o qədər oraya getməyə can atmırdılar. Bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirib. İşğal olunmuş…

İlham Əliyev: “Bizdə olan dəqiq məlumata görə, Ermənistan ən azı 7-8 min itki verib”

Şəhidlərin sayı daha çox ola bilərdi, əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə, ən azı 7-8 min itki verib. Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.…

Bölgədə kritik gəlişmə: “Bu, Kremlin Bakıdan xahişi idi”

“Son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq üçün güclü alətdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Ermənistan-Azərbaycan sərhədindəki gərginlik ətrafındakı son gəlişmələrə diqqət çəkib: “Ermənistan Baş naziri Nikol Paşinyan müharibə günlərində az qala hər gün Rusiya Prezidenti Vladimir Putinə zəng edir, Azərbaycanı dayardırmaq üçün ona yalvarırdı. İndi isə…

Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti bildirib. Məlumata görə, iki ölkənin liderləri Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Qeyd edilir ki, Rusiya rəhbəri ilə Ermənistanın hökumət başçısı Qarabağ məsələsinin nizamlanması ilə bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli…