Son zamanlar populyar olan “Tik Tok” istifadəçiləri arasında həmyerlilərimizdə az deyil.
Azərbaycan, Rusiya , Türkiyə və digər ölkələrdə yaşayan soydaşlarımız bir araya gəliblər.
Belə ki, artıq iki gündür Rusiyada “Tik Tok” istifadəçiləri arasında həftəlik reytinqdə, 1-ci, 2-ci və 3-cü yerləri Vətənpərvər həmyerlilərimiz sahiblik edirlər.
Platformada Türkiyə və Azərbaycan bayraqları altında, ön yerləri tutmuş soydaşlarımızın bu addımı, soydaşlarımızın sevinciylə bərabər, digər istifadəçilərində marağına səbəb olub!
Bir həftə ərzində ön yerləri qoruyub saxlamaq üçün soydaşlarımız qərar veriblər.
Onuda qeyd edək ki, soydaşlarımız tərəfindən toplanan maddi vəsait, az təminatlı ailələrə veriləcək.
Platform4.news bildirir ki, ” TikTok ” – Pekinin ” ByteDance ” şirkətinə məxsus qısa videoların yaradılması və onlara baxmaq xidmətidir. 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiya Çində qısa videolar üçün aparıcı video platformadır və digər ölkələrdə getdikcə populyarlaşır, ən sürətlə böyüyən və endirilən proqramlardan birinə çevrilir.
Çində “Douyin” kimi tanınır . TikTok və Douyin mahiyyətcə eyni proqramdır, lakin onlar Çinin senzura məhdudiyyətlərinə riayət etmək üçün ayrı serverlərdə işləyirlər . TikTok-un Los-Anceles, Nyu-York, London, Paris, Moskva, Berlin, Dubay, Mumbay, Cakarta, Seul və Tokioda ofisləri var.
Tətbiqin 150 ölkədən 1 milyarddan çox istifadəçisi var. Tətbiqin ən populyar olduğu Çində istifadəçilərin 60%-i 25-44 yaş aralığındadır, Çindən kənarda isə 43%-i 24 yaşdan yuxarıdır.
2019-cu ilin sonunda Rusiya istifadəçiləri hər ay orta hesabla 16,25 milyard videoya baxıb və 20,83 milyon video yerləşdirib; 23 milyon insan 1,62 milyard videonu paylaşıb və bəyənib.
2021-ci ilin sentyabr ayında TikTok-un aylıq auditoriyası 1 milyard nəfəri keçib.







Platform4.news saytı adından Vətənpərvərlərimizə uğurlar arzulayırıq!
Ukrayna, Kiyev.







