Yaponiyada yüzlərlə sağlam 100 yaşlı insanlar arasında keçirilən rəy sorğusunun nəticələri
Yaponiya yaşlı əhalinin sayına görə dünyada birinci yeri tutur. Yaşı 100-dən çox olan insanların sayı ildən-ilə artır, 2021-ci ildə bu rəqəm 86 510- a çatıb.
Öz yaşına görə sağlamlığı yaxşı olan 100-ə qədər insan arasında keçirilən rəy sorğusu möhkəm sağlamlığın və uzunömürlülüyün sirlərini acıb.
2016-cı ildən “Küsay” Q’SAI ( Fukuoka şəhəri) şirkəti 100 yaşını keçmiş yüzlərlə insan və onların ailələri arasında rəy sorğusu keçirir. Sorğuya yatağa düçar edilən və ya xəstəxanada müalicə alanlar cəlb edilmir.
Sorğu ahıl yaşında olan sağlam və fəal insanların həyat tərzinin öyrənilməsinə yönəlib.
2021-ci ildə sorğu may ayından iyul ayınadək keçirilib. “Uzunömürlülüyün sirri nədədir?” sualına cavabında 51 respondent, yəni yarıdan çoxu qidalanmanı qeyd edib.
Məsələn, “hər şeyi-xoşladığını da, xoşlamadığını da yemək”, “sutkada mütləq üç dəfə yemək”, “çoxlu tərəvəz yemək” kimi cavablar verilib. Bəziləri belə cavab verib: “Hər axşam sake ( düyüdən hazırlanan ənənəvi alkoqollu yapon içkisi) içmək”.
Bundan başqa, 36 respondent “pozitiv olmağı”, “həyəcan keçirməməyi, gələcəyə nikbin baxmağı” qeyd edib.
100 yaşlı sağlam insanlar, demək olar ki, hər gün üç əsas ərzaq məhsulundan istifadə edir, bunlar düyü (59), tərəvəzlər (45) və süd məmulatlarıdır (25).
Bir çox insanlar orqanizmə lazım olan məhsullardan istifadə etməyi vərdiş edib. Bunlardan enerji mənbəyi olan düyünü, vitamin və minerallarla zəngin olan tərəvəzləri, tərkibində kalsium olan (dişlər və sümüklərdə olan) süd məmulatlarını göstərmək olar.
Daha çox istifadə etmək üçün tərəvəzi termiki emaldan keçirdikdən sonra yeyirlər, bu zaman onları çeynəmək asan olur və ya maye şəklində-şirələr və suplar formasında istifadə edirlər.
Sorğu keçirilən 100 nəfərin orta faktiki yaşı 101, 45 olub.
“Özünüzü hansı yaşda hiss edirsiniz?” sualına fiziki aktivlik və ya hər hansı fəaliyyətlə bağlı gündə 31 dəqiqə və daha çox hərəkət edənlər fiziki gücünə görə 89, 9 yaşında, zehni qabiliyyətinə görə isə 83, 3 yaşında cavabını verib.
Yəni onlar özlərini öz yaşlarından 10 yaşdan çox cavan hiss ediblər.







