Qeyd etmək gərəkir ki, Ukrayna ilə Rusya Federasyası (RF) arasındakı indiki ziddiyətli hərbi münaqişə yüzillərdən bəri davam etməkdədir. Məsələn, 1659-cu ildə Ukrananın Konotop şəhəri, həmin yüzilliyin 70–80-illərində Çıqrin şəhəri ilə bağlı Moskvanın işğalına qarşı olunan müharibələr mühim səbəblərdəndir. 1708-ci ildə ruslar Ukraynanın Baturin şəhərinin əhalisinin hamısını qətl etdilər.
Başqa bir hadisəni də xatırlatmaq lazımdır: Çar Rusyası 1774-сü ildə Osmanlı İmperiyası ilə imzalanan Küçük-Qaynarca sülh maqaviləsini də pozaraq Kırım Tatarlarının vətənlərini – Kırım yarımadasını və Ukraynanı tamamilə işğal etdi. Bu ölkənin azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1932–33-cü illərdə mərkəzi sovet hakimiyyəti Moskvadan verilən əmrlərə əsasən milyonlarla ukraynalı zəhmətkeş kəndliləri “qolodomor” deyilən süni aclıq törədərək məhv etdi; 1990-cı illərə qədər zayalıların və alimlərin siyasi məhbus kimi qanunsuz həbbs olunmaları və müxtəlif işgəncələrlə, o cümlədən güllələnərək öldürülmələri məhkəmələrdə sübut olundu. 2014-cü ildə isə RF Ukraynanın ərazisi olan Kırımı təkrar işğal edərək, onun ərazi bütövlüyü pozdu. Rusya dövlətinin indiki zamanda da yürütdüyü xarici siyasətinin məqsədi Ukraynanın torpağlarını işğal etmək; zəngin və qədim dilinin, dininin, mədəniyyətinin, milli azadlığının inkişafının qrşısını almaqdan ibarətdir.
Yeri gəlmişkən bir vacib mövzudan da bəhs etmək istəyirəm; Azərbaycan cəmiyyətində sovet-kommunizm məfkurəsindən qaynağlanan rusların və ukraynalıların dost və qohum xalqlar olması fikri yanlışdır. Bu iki millətin dili, mədəniyyəti, adət və ənənələri, düşüncə tərzi, mənəviyyatı fərqlidir, göründüyü kimi yüz illərdir ki, aralarında münaqişə davam etməkdədir.
48,5 milyon əhalisi olan Ukrayna Avropanın ən böyük, zəngin və demokratik ənənələri güclü olan ölkələrindən biridir. Bu ölkənin milləti 1990-cı ildə mərməri inqilab edərək dövlət müsəqilliyini bərpa etdi. 2004-cü ildə turuncu, 2014-cü ildə şərəf və ləyaqət inqilabları edərək müsətəqilliklərininin möhkəmlənməsi uğrunda bübarizələrini davam etdirirlər. Bu vəziyyəti qəbul etməyən RF, eyni zamanda daxili Moskovaya bağlı 5-ci “kolona” deyilən siyasi qüvvələrin də vasitəsiylə Ukrayna milli hərəkatını və dövlət müstəqilliyini boğmaq üçün Kırımı və Donbas adlanan ərazilərini işğal etdi.
Uzun müddət Kyiv hakimiyyəti ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası üçün gərəkən fəaliyyətlər göstərdisə də buna nail ola bilmədi; səbəbi Moskva hakimiyyətinin beynəlxalq hüququ kobud şəkildə pozaraq işğal etdikləri Ukrayna torpaqlarında çıxmaması, işğalın daha da gücləndirilməsi idi.
2022-ci ilin fevral ayının 24-də RF-nın prezidenti V. Putinin əmrilə ordusu qəfldən müstəqil Ukraynanın sərhədlərini pozaraq genişmiqyaslı hücüma başladı. Hazırda iki ölkə arasında bütün dünyanı rahatsız edən şiddətli müharibə davam etməkdədir. O cümlədən, adı çəkilən prezident bu müharibədə atom silahı tətbiq edəcəyinin mümükn olmasını da gündəmdə saxlamaqdadır. Buna baxmayaraq məğrur Ukrayna xalqı və onun cəngavər ordusu Ukraynanın prezədenti V. Zelenskıynin komandanlığı sayəsində işğal olunan torpağlarını azad edə-edə, düşmana sarsıdıcı zərbələr endirərək qələbəyə doğru irəliləyirlər. Onu da qeyd etmək gərəkir ki, rəsmi mə`lumata görə dekabır ayının 14-cü günündə (müharibənin 294-cü günü) döyüşlər nəticəsində ~ 96000 RF ordusunun əsgərləri məhv edilib.
Hazırada cənub və şərq döyüş cəbhələrində məğlub vəziyyətdə qalan düşman ordusu müharibə qanun və qaydalarına zidd olaraq döyüş cəbhəsindən kənarda yerləşən Ukrayna şəhər və kəndlərini, mülki əhalini, uşağları, təhsil müəsisələrini, xəstəxanaları, limanları, elektirik stansiyalarını raket və İran dronları ilə atəşə tutaraq terror əməliyyatı tətbiq edərək ukraynalılara qarşı soyqırımı törədir. Beləliklə RF indiki vaxta qədər 53115 hərbi cinayətlər törədərək Ukraynada çox sayda günahsız camaatın öldürülməsi, insani fəlakətlərin əmələ gətirməsi minlərlə istintaqlar və məhkəmə qərarları ilə sübut edilir. Təxminən 14 milyon mülki əhali doğma evlərini tərk etmək məcburiyyətində qalıblar, 443 uşağ öldürülüb və s.
Yuxarıda qeyq olunduğu kimi, bu müharibə bütün dünyanı təsirləndirən hadisə olduğu üçün Ukraynaya ilə yaxşı münasibətləri olan ölkələr, o cümlədən Avropa Birliyi, NATO, ABŞ, Kanada, Yaponya, Azərbzycan, Türkiyə və başqa bütün mədəni-demokratik dövlətlər Ukraynaya kömək etməkdədirlər. Cari ilin mart ayının 23-24`də BMT Baş Assambleyası qəbul etdiyi RF-nın “Ukraynaya qarşı təzavüzünün törətdiyi insani fəlaktlər” bəyanatına 140 ölkə səs verərək təcavüzkar dövlətdən işğal etdiyi Ukrayna torpağlarından çıxmasını təlb edərək, bu müharibədə qəti şəkildə Ukraynanın tərəfində olduğlarını təsdiq etdilər.
Nəticə etibarı ilə bunları söyləmək olar:
1. XVII yüzildən başlayaraq RF Ukraynaya və başqa ölkələrə qarşı, o cümlədən Azərbaycana, Gürcüstana, Moldovaya və s. işğalçılıq siyasəti yürütməkdədir.
2. 2014-cü ildə RF Beynəlxalaq hüquq, Ukraynanın Konstitusiyasını pozaraq bu ölkənin Kırırm, Dombas ərazilərini şğal etdi.
3. 2022-ci il fevral ayının 24-də RF Ukraynaya qarşı genişmiqyaslı hücmlara başladı.
4. Ukraynalılar döyüş cəbhələrində rusların ordusuna sarsıdıcı zərbələr endirərərk işğal olunan şəhər və kəndlərini azad etməkdə davam edirlər.
5. RF müharibənin də qayda-qanunlarını kobud şəkildə pozaraq enerji böhranı və aclıq törətmək məqsədilə mülki yerləri raket və dronlarla vuraraq insani fəlakətlər törətməkdədir.
Fərhad Turanlı, tarix elmlər doktoru, professor
Kyiv ş., Ukrayna
14.12.2022-ci il







