Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə London şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş məlumat xarakterli aksiya keçirilib.
Aksiya zamanı erməni işğalçılarının Qarabağda törətdikləri vandallığa dair fotoları və “Azərbaycan müharibə tərəfdarı deyil”, “Erməni işğalçılarının əsl siması”, “Erməni reallıqları”, “Ermənistanın mədəni terroru. Rus ortodoks kilsəsini dağıdıb” ifadələrini əks etdirən LED ekranlı yük avtomobilinin hərəkəti təmin edilib. Səhər saat 10:00-dan axşam saat 20:00-a kimi avtomobil şəhərin Parlament meydanı, Trafalqar meydanı, Kovent bağı, Kensinqton məhkəməsi və Çeniston Bağları marşrutu üzrə hərəkət edib.







