Son iki ayda Xarkov, Donetsk və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 700-dən çox cəsəd tapılıb. Demək olar ki, 90%-i mülki şəxslərdir.
PLATFORM4.NEWS xəbər verir ki, baş prokuror Andrey Kostin ümummilli telemarafonun efirində bildirib ki, Ukrayna vətəndaşlarının qanunsuz saxlanıldığı və işgəncələrə məruz qaldığı 20-dən çox yer müəyyən edilib.
Xerson vilayətində Baş Prokurorluq rus işğalçıları tərəfindən törədilmiş cinayətlərin müəyyən edilməsi istiqamətində işlərə yenicə başlayıb.
“Mülki əhaliyə qarşı cinayətlərin və işgəncələrin əksəriyyəti Xarkov vilayətində qeydə alınıb”, – Kostin bildirib.







