Moskvaya genişmiqyaslı hücum

Sentyabrın 10-na keçən gecə Rusiyanın doqquz bölgəsi Ukrayna dronlarının genişmiqyaslı hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 144 dronun vurulduğunu bildirir. Dronlardan biri Moskva ətrafındakı Ramenskidə çoxmərtəbəli binaya çırpılıb, bir qadın həlak olub. Bu barədə Rusiya mətbuatı  xəbər verir. Məlumata görə, bu, ən genişmiqyaslı Ukrayna hücumlarından biridir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, burada gecə ərzində 72…

Əjdər Bağırov: “Avropa çempionatında çox yaxşı iştirak etdik” – video

“Avropa çempionatında çox yaxşı iştirak etdik”. Platform4.news İdman.biz– ə istinadən  xəbər verir ki, bunu Azərbaycan millisinun cüdoçusu Əjdər Bağırov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib. O, Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatındakı çıxışını dəyərləndirib. Bağırov bildirib ki, kubok bütün komandanın gücünün nəticəsində qazanılıb: “Hər bir idmançımızın burada böyük əziyyəti var.…

Ermənistana çağırış

“Ailələrinin və sevdiklərinin itkin düşmüş şəxslərlə bağlı onların heç olmasa harada olduqları barədə məlumat almaq hüquqları var”. Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib. Qeyd edək ki, rəsmi məlumatlara görə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4000-dək Azərbaycan vətəndaşı itkin düşüb. Sözçü Ermənistanı bu məsələ ilə bağlı duyarlı olmağa çağırıb: “Bütün…

Azərbaycanda Yeni Parlament Seçkiləri: Demokratik Gələcəyin Təməli

Bu məqalə, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin əvvəlki tərkibinin ləvğ edilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarına həsr olunub. Qərarın səbəbləri arasında deputatların savadsızlığı, dövlətçilik şüurunun zəifliyi, Azərbaycan ədəbi dilində danışa bilməməsi, o cümlədən vətəndaşlara verdiyi sözləri yerinə yetirməməsi kimi amillər də vardır. Məqalədə vurğulanır ki, Prezidentin bu sərəncamı ölkədə demokratik, sosial və iqtisadi…

BMT müraciət etdi

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb. Bəyanat təşkilatın saytında dərc olunub. “BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, – bəyanatda deyilir. Təşkilat vurğulayıb ki,…

Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb

“Yaxın Şərqdə vəziyyət region və onun hüdudlarından kənarda təhlükə yaratmaq üçün kritik həddə çatıb”. Bu barədə Avropa İttifaqının  Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb. Borrel, həmçinin vurğulayıb ki, o, tammiqyaslı müharibə riskindən qaçmaq üçün Qəzza zolağında çox ehtiyac duyulan atəşkəsə əlavə olaraq, Livan hakimiyyətinin BMT Təhlükəsizlik…

Qulu İbrahimov: Azərbaycan regional və qlobal arenada önəmli aktora çevrilib

Vladimir Putinin Bakıya Səfəri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana mühüm dövlət səfəri baş tutdu. Bu hadisə iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli rol oynayır və Moskva ilə Bakı arasında siyasi, iqtisadi və geosiyasi əlaqələrin əhəmiyyətli dərəcədə möhkəmləndiyinin göstəricisidir deyə politoloq, Qulu İbrahimov bildirib. Hesab edirəm ki, Cənubi Qafqazdakı mövcud vəziyyət Azərbaycanı regiondakı siyasi proseslərin əsas oyunçusu…

“Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq”

“Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib. Dövlətimizin başçısı bildirib: “Biz və gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcəyik. Lakin biz buna fokuslanmamalı, bu mövzunu daim istismar etməməli,…

Ukraynalı qadın deputata sui-qəsdlə bağlı əsas versiyalar açıqlandı

Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farionun qətli ilə bağlı əsas versiyalar açıqlanıb. Bu barədə  UNİAN xəbər verir. Ukrayna daxili işlər naziri İqor Klimenkonun brifinqdə verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputat güllələndikdən sonra patron darağı tapıblar. Lakin o, kalibrlə bağlı təfərrüatı açıqlamayıb.   Onun sözlərinə görə, İrina Farionun qətlinin…

“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir”

“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik”. Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib. “2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək.…