“Ukrayna döyüş meydanında süni intellektdən istifadə edir”

“Ukrayna döyüş meydanındakı məlumatları təhlil etmək və hədəfləri seçmək üçün süni intellektdən istifadə edir”. Bu barədə “Washington Post” qəzeti yazıb. Qəzetin ABŞ ordusuna və kəşfiyyatına yaxın olan köşə yazarı Devid İqnatius Ukraynaya səfər edib. İqnatius bildirib ki, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında qərar qəbul etmək üçün böyük məlumatların təhlili alqoritmlərindən istifadə edir. O, belə proqramlara…

Zelenski Baydenlə görüşdü

Dekabrın 21-də Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüş genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna rəhbərinin ilk xarici səfəri çərçivəsində baş tutub. Zelenskini Ağ Evin girişində Bayden və xanımı qarşılayıb. İlkin məlumatlara görə, dövlət başçıları Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.

“İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm”

“Gözəl qonaqpərvərliyə görə İlham Əliyevə və Serbiyaya qarşı səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm”. Bunu dekabrın 21-də Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç sosial şəbəkə səhifəsində yazıb. “Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqinin şahidi oluram ki, bu da Prezident Əliyevin dünyagörüşünün, eləcə də ölkəyə böyük məhəbbətlə yanaşan rəhbərliyin…

Kayseridə üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalandı

Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın…

“Azərbaycandakı inkişaf Prezident İlham Əliyevin uzaqgörənliyindən xəbər verir”

“Mən sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar”. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən…

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu” Şuşada yekunlaşıb

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu”nun ikinci günü ölkəmizin mədəniyyət paytaxtı Şuşada davam edib. Öncə Gəncə qapılarını və “Güllələnmiş heykəllər”i ziyarət edən qonaqlara şəhərdə aparılan yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verilib. Şuşadakı forum üzv dövlətlərin öz ərazilərində yaşayan və fəaliyyət göstərən iştirakçı dövlətlərin diasporlarının fəaliyyətinin qarşılıqlı tənzimlənməsi və koordinasiya məsələlərinin müzakirəsindən…

ABŞ iranlıların internetə sərbəst çıxışını asanlaşdırmaq istəyir

“İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. O, keçirdiyi mətbuat konfransında İranda həbslərin davam etdirilməsini pisləyib və İran xalqına internet probleminin həlli ilə bağlı dəstək ola biləcəklərini vurğulayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. “Əgər özəl sektorun texnologiya şirkətləri və…

“Nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”

“Biz nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib. O, NATO-nun Rusiyaya qarşı bütün hərbi potensialından istifadə etdiyini bildirib. “NATO qüvvələri və hərbi vasitələri ilə bağlı bütün məlumatlar təhlil edilməli və Rusiya Silahlı Qüvvələrinin təşkilində istifadə olunmalıdır”, – deyə Putin qeyd edib. Putin Rusiyanın…

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir”

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir. Bu, regionda davamlı sülh və sabitliyə töhfə verəcək”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hər üç ölkə regionda sülh və sabitlik üçün birgə səy göstərir. Nazir sammitdə Cənubi…