Rusiyada qaz kəmərində partlayış

Rusiyanın Leninqrad vilayətində güclü yanğına səbəb olan partlayış baş verib. Bu barədə Leninqrad vilayəti hökuməti xəbər yayıb. İlkin məlumata görə, yanğın Vsevolojsk yaxınlığında, yanacaqdoldurma məntəqəsində baş verib. Yanğınsöndürənlər hadisə yerindədir. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, yanğın Bernqardovka ilə Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində olub. “Əhali üçün və yanğının yaşayış məntəqələrinə…

“İran və Rusiya bütün dünyada qan axıdır”

“İran və Rusiya bütün dünyada qan axıdır, dağıntılar törədir”. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, bu dövlətlərin qlobal təhlükəsizliyə yaratdığı təhdid heç olmadığı qədər ciddi xarakter alıb.  

Torpaqların əsl sahiblərinin “Böyük Qayıdış”ı

Bu həftə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. İşğaldan azad olunmuş ərazilərdə 2026-cı ilədək 34 500 mənzil və fərdi yaşayış evinin tikilməsi də bu proqramda öz əksini tapıb. Tədbirlər Planına əsasən, bu evlər 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı,…

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib. Tennis Akademiyasında keçirilən mərasim Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar…