Rusiya hərbçiləri Ukraynada dinc sakinləri səngər qazmağa məcbur edirlər

“Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş Melitopol rayonunda rusiyalılar yerli sakinləri səngər qazmağa məcbur edirlər. Rusiyalı hərbçilər Xersondan Melitopola qaçıblar. Burada söhbət minlərlə hərbçidən və texnikadan gedir”. Bu barədə Melitopol meri İvan Fedorov brifinq zamanı bildirib. “Onlar bu kəndlərə köçür, burada yaşayan insanları evlərindən çıxarırlar. Bu gün sakinlərimiz bizə məlumat veriblər ki, onların məcburi əmək məşğuliyyəti…

ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Kameron Millard ilə görüşüb. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Qonaqları salamlayan Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Regionda mövcud vəziyyətlə bağlı məlumat verən…

Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. AZƏRTAC xəbər…

BMT baş katibi Ərdoğana təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı Prezident Ərdoğan və Türkiyəyə təşəkkür edərək, “İstanbul ehtiyatlı diplomatiyanın mühüm mərkəzidir”, – deyə bəyan edib. O, COP27 Sammiti üçün səfərdə olduğu Misirdən taxıl sazişi ilə bağlı açıqlama verib. “Bu məqamda İstanbulun dramatik problemlərin həlli üçün ehtiyatlı diplomatiyanın mühüm mərkəzinə çevrildiyini bir daha təsdiqləmək istərdim…

“Ərdoğan Putin və Zelenski ilə təmaslarını davam etdirəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl sazişinin müddətinin uzadılmasını şərh edib. O, hər kəsin bu razılaşmaya əməl etməli olduğunu bildirib. “Taxıl sazişi daha 120 gün müddətinə uzadılıb. Bu, qarşılıqlı etimadın artırılması istiqamətində atılmış müsbət addımdır. Hər kəs bu sazişə əməl etməlidir. Ümidvaram ki, yaxın zamanlarda tərəflər arasında atəşkəs razılaşması da əldə olunar. Türkiyə Prezidenti…