“Əgər Putinin Ukraynada nüvə silahından istifadə etmək planı yoxdursa, niyə bu haqda danışır?”

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin mənasız olması ilə bağlı sözlərini şərh edib. ABŞ lideri Rusiya prezidentinin nüvə silahı ilə bağlı ritorikasını təhlükəli adlandırıb. “Əgər onun (Ukraynada nüvə silahından istifadənin) niyyəti yoxdursa, o zaman niyə bu barədə danışmağa davam edir? Niyə taktiki nüvə silahından istifadə etməkdən danışır? Onun…

“Rusiya uzaq şimalda mövcudluğunu gücləndirir”

“Rusiya uzaq şimalda mövcudluğunu gücləndirir. NATO Rusiyanın bu bölgədə artan fəallığından narahatdır”. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, alyans Rusiyanın Arktikada gücləndiyini müşahidə edir. “Onlar (rusiyalılar. – red.) sovet dövründən qalma köhnə hərbi bazaları yenidən açır. Biz onların daha çox havada və dənizdə mövcudluğunu görürük. Onlar öz hərbi vasitələrini, o cümlədən…

“Rusiya qoşunları Ukrayna cəbhəsinin əksər hissələrində müdafiəyə keçir”

“Rusiya qüvvələri Ukraynada cəbhə xəttinin əksər hissələrində müdafiəyə keçir. Buna səbəb kadr çatışmazlığı və zəif hazırlıq səviyyəsidir”. Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir. Xerson bölgəsində baş verən hadisələri təsvir edən Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya Dneprdən qərbə doğru öz bölmələrinin bir hissəsini səfərbər edilmiş ehtiyatda olan əsgərlərlə gücləndirib. Lakin bu, şəxsi heyətin…

“Qarabağ və Şərqi Zəngəzurun bərpasında ən çox dəstək verən qardaş Türkiyədir”

“Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir”. Bu, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda öz əksini tapıb. “Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla…

“Ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir”

Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır. Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla bağlı həqiqətdən uzaq iddialarına cavab verərkən deyib. Minalanmış…

“İlham Əliyevlə danışın, bu gün qəbul etməsəniz, sabah daha pis olacaq”

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan, Azərbaycan və Rusiyanın razılaşdırılmış qərarlarını dəstəkləyəcəyini bildirib. “Belarus Respublikası və mən bir prezident kimi Ermənistan, Azərbaycan və Rusiyanın razılaşdırılmış qərarını dəstəkləyəcəyik”, – deyə dövlət başçısı bəyan edib. O, Ermənistan və Azərbaycana müraciət edərək, ölkələrin razılığa gəlməsini təklif edib. Eyni zamanda, Lukaşenkonun sözlərinə görə, Rusiya “bu müqaviləni təqdir edəcək”. “Ermənistan, Azərbaycan,…