İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Pakistan Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun…

Haaqa şəhərində Qərbi Azərbaycan icmasının nümayəndəliyi yaradılıb

Niderlandın Haaqa şəhərində Avropada yaşayan Qərbi azərbaycanlıların toplantısı keçirilib. Niderland-Azərbaycan Türk Kültür Dərnəyində baş tutan tədbir Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli və Azərbaycan Dillər Universitetinin dosenti, QAİ-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın iştirakı ilə gerçəkləşdirilib. Tədbir iştirakçıları Avropada yaşayan bütün Qərbi azərbaycanlıları birləşdirmək məqsədilə QAİ-nin nümayəndəliyinin təsis…

Niderlandda “Xocalıya ədalət!” saytı fəaliyyətə başlayıb

Niderland Krallığındakı “Stichting Together Strong” Assosiasiyasının “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində yeni layihəsi olan https://justiceforkhojaly.nl saytının fəaliyyətinə start verilib. Bu barədə məlumat verən Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Stichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlkanə Qoca bildirib ki, sayt Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 2022-ci ilin əvvəlində yaradılıb. Niderland dilində Xocalı həqiqətlərini əks etdirən ilk…

MÜZƏFFƏR PREZİDENT VƏ ONUN XARİCİ SİYASƏT DOKTRİNASI

  Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa…

Politoloq: Rusiya Ukraynaya bütün cəbhə boyu hücum edəcək gücdə deyil

Rusiya ordusu Ukraynaya  bütün cəbhə boyu  eyni anda hücum edəcək qədər gücdə deyil, bunu Kiyevdə yaşayan soydaşımız “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov PLATFORM4.NEWS -a müsahibəsində bildirib. “Rusiya Ukraynanın şimalında hərbi aktivliyini azaltmaq məcburiyyətində qaldı, çünki Ukrayna ordusu Kiyev vilayətini işğalçılardan uğurla azad etməyi bacardı. Rusiya qoşunları paytaxt ətrafında cəbhə xəttini saxlaya…