Brüsseldə soydaşlarımızın Prezident İlham Əliyevlə həmrəylik aksiyası keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Brüssel şəhərinin Lüksemburq meydanında Avropada yaşayan azərbaycanlıların “Həmrəy olaq, bir olaq!” adlı aksiyası keçirilib. Avropa Parlamentinin binası qarşısında baş tutan aksiyada iştirak edən 150-dən çox soydaşımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər. Azərbaycan, Türkiyə və Avropa İttifaqının bayraqlarını dalğalandıran aksiya iştirakçıları ingilis…

İlham Əliyev İspaniya “El Pais” qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Müxbir: Əvvəla, bizi qəbul etdiyiniz, Brüsseli ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik. Belə bir xüsusi məqamda bizi qəbul etdiyinizə və bizə bu müsahibənin aparılmasına imkan yaratdığınıza görə təşəkkür edirik. Geosiyasi vəziyyət nöqteyi-nəzərindən böyük miqyasda, Avropa İttifaqı və onun qonşuları nöqteyi-nəzərindən kiçik…

NATO Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoymayacaq

NATO Baş katibi Yens Stoltenberq alyansın Ukraynaya hərbi dəstəyinin Rusiya üçün təhlükə daşımadığını və Ukraynanın hərbi bloka üzvlüyünə 30 üzv ölkənin birgə qərar verəcəyini bildirib. Bu barədə Baş katib Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb. O, Rusiyanın etirazlarına baxmayaraq, NATO-nun genişlənəcəyini qeyd edib: “NATO genişlənmə prosesini davam etdirir. Biz artıq Rusiyanın…

ABŞ ordusu Yaxın Şərqdə insansız dəniz platformalarına qarşı lazer silahını sınaqdan keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri çərşənbə günü Yəməndəki “Husi” qiyamçıları tərəfindən Qırmızı dənizdə istifadə edilən bomba yüklü insansız dəniz platformalarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş lazer silahını sınaqdan keçirib. Yaxın Şərqdə keçirilən sınaq zamanı lazer silahı üzən hədəfi məhv edib. Ədən körfəzindəki sınaq zamanı lazer silahı “Portland” amfibiya gəmisinə yerləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın…

İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti ilə görüşüb

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Prezident İlham Əliyev: – Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam. Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri…

İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib. Dövlətimizin başçısı Sammitdə çıxış edib. Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni…

Aİ Azərbaycanın köməyi ilə ərsəyə gələn qlobal layihəyə və İlham Əliyevə dəstəyini ifadə edib

Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bir daha sübut olundu ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional…

Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik

“Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma çərçivəsində qarşılıqlı addımların atılması barədə danışarkən deyib. “Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik və Azərbaycanın bilgisi daxilində belə addımlar atırıq. Heç kimdə sual yaranmasın ki, biz Azərbaycandan ayrı hərəkət edə bilərik. Biz bir millət, iki dövlətik. Bunlar hamımızın xeyrinə olacaq müsbət addımlardır”,…

Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib

Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib. O, Azərbaycan dilində status yazıb: “Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, – paylaşımda bildirilib. Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə…

İƏT üzvləri Əfqanıstandakı vəziyyətə görə Pakistana toplaşacaq

19 dekabrda İslamabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçılarının Əfqanıstandakı vəziyyətə dair fövqəladə iclası keçiriləcək. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib. Səfirin sözlərinə görə, orada Əfqanıstanda olan böhrana nəzər salınacaq: “Heç kim Əfqanıstandakı sistemi tanımaqdan danışmır, bizim diqqət ayırdığımız məsələ humanitar məsələdir, biz buna diqqət etməliyik. İslamabad da bu iclasa evsahibliyi…