Ermənistan tərəfindən xoş məram olsa, düşmənçiliyə son qoya bilərik

“Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır”. Bu fikirləri dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, bunun…

Şarl Mişel üçtərəfli görüşün yekunu ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanat yayıb. Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib. “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda inkişaf edən vəziyyət və Aİ-nin hər iki ölkə ilə əlaqələrinin gələcək istiqamətini müzakirə…

İlham Əliyev Brüsseldən şərtini açıqladı

İlham Əliyev Brüsseldə (NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında – red.) Zəngəzur dəhlizi ilə bağlı şərtini açıqladı: – Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır… Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər…

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib. Sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub. Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında…

Misir-Azərbaycan Dostluq Cəmiyyəti ofisinin rəsmi açılış mərasimi və Misirdəki Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Misir Ərəb Respublikasına səfəri çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisinin rəsmi açılış mərasimi və bu ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Misirdəki Səfirliyinin əməkdaşları, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçiləri, Azərbaycan diasporunun, yerli…

İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında iştirak edib

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında…

Brüsseldə İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin birgə mətbuat konfransı olub

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub. Mətbuat konfransı təqdim edilir. Moderator: Hər vaxtınız xeyir. Biz Baş katibin və Prezidentin bəyanatlarından başlayacağıq və sonra bir neçə sual üçün vaxtımız olacaq. Cənab Baş-katib. Baş katib Yens Stoltenberq: Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha…

Brüsseldə İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub. NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı. Sonra rəsmi foto çəkdirildi. Görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu dedi və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini…