Kiyev yaxınlığında “Anka” pilotsuz təyyarələr istehsal edən zavod tikilir

Kiyev yaxınlığında Türkiyə ilə birlikdə müasir hücum pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə “Anka” zavodu tikilir və onların ilk partiyası 2022-ci ilin sonuna qədər meydana çıxa bilər. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç “Azadlıq” radiosuna müsahibəsində məlumat verib. O deyib ki, Zavod hazırda Vasilkovoda tikilir: “Artıq Ukrayna-Türkiyə pilotsuz təyyarələri, o cümlədən “Anka”…

Qaydasız döyüş üzrə dünya çempionu Dövlət Komitəsinin sədri ilə görüşüb

Nyu-Yorkda yaşayan azərbaycanlı idmançı, qaydasız döyüş üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ilə görüşüb. Qonağı salamlayan Komitə sədri onu noyabrın 30-da Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş) üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib. Qeyd edib ki, 45 ölkədən yüzlərlə idmançının…

İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib. Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar. Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət…

Rusiya aqressiv addımlar atmağa davam edərsə, cavab verəcəyik

“Vaşinqton Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə can atır, lakin Rusiyanın mümkün aqressiv hərəkətlərinə müttəfiqləri ilə cavab verəcək”. Bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində bildirib. “ABŞ Prezidenti Co Bayden bir neçə ay əvvəl Cenevrədə danışıqlar zamanı və videokonfrans zamanı Rusiya Prezidenti Vladimir Putinə aydın şəkildə bildirdi ki, biz Rusiya ilə sabit,…

Yeddi ölkədən Rusiyaya xəbərdarlıq

G7 ölkələri Ukraynanı işğal edəcəyi halda Rusiyaya qarşı sərt addımlar atılacağını açıqlayıblar. Bazar günü Liverpulda düzənlənən zirvə görüşündən sonra İngiltərə Xarici işlər naziri Liz Truss deyib ki, Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətini dayandırmağı tələb edirlər. Dünən keçirilən sammitdə G7 Rusiyanı gərginliyi azaltmağa, diplomatik kanallardan istifadə etməyə və hərbi fəaliyyətlərin şəffaflığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl…

İran o ölkəni yerlə-yeksan edə bilər

Rusiya Artilleriya və Raket Elmləri İnstitutunun vitse-prezidenti Konstantin Sivkov İranla bağlı maraqlı açıqlama verib. Sivkov dünyanın dörd ən böyük raket sistemi istehsalçısından biri olduğunu söylədiyi İranın İsraili məhv edə biləcəyini iddia edib. “Russia Today”-a müsahibə verən Sivkov İsrailin İrana hücum ehtimalının o qədər də yüksək olmadığını deyib: “Təl-Əvivin İranın adi qısamənzilli raketlərinə qarşı çıxa biləcək…

Tezliklə Ermənistanda erməni qalmayacaq

Ermənistanda iqtisadi həyat ölüb, ictimai həyat daha da pis vəziyyətdədir. İnsanlar qiymət artımının öhdəsindən gələ bilmirlər. Tezliklə Ermənistanda erməni qalmayacaq. Bu fikirlərlə erməni iqtisadçı Akop Koçaryan bölüşüb. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq münasibətlərdə, təhlükəsizlik, müdafiə, sosial sahələrdə və dövlət idarəçiliyində irəliləyişi yoxdur: “Ən dəhşətlisi odur ki, ermənilərin ümidləri də yoxdur. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf…

Türkiyə şirkəti Hindistana 100 mini hərbi PUA tədarük edəcək

Türkiyənin “Zyrone Dynamics” şirkəti tərəfindən hazırlanmış çoxrotorlu mini PUA Ankarada yerləşən şirkətdə 30% paya malik Hindistanın “DCM Shriram” şirkətinə ixrac olunmağa hazırdır. Türkiyənin “Sabah” nəşri  xəbər verir ki, “Zyrone Dynamics” Hindistan tərəfdaşına ilk məhsulun çatdırılmasına hazırlaşır. Bu ilin avqustunda keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində əldə edilən razılaşma ilə şirkətin 30 faizi Hindistanda yerləşən “DCM…

“Omikron”dan ilk ÖLÜM HALI

Böyük Britaniyada koronavirusun “Omikron” ştamından ölüm faktı qeydə alınıb. Bunu ölkənin Baş naziri Boris Conson deyib. “Düşünürəm ki, bu, virusun daha yumşaq bir versiyası olması fikrini bir kənara qoymalıyıq”, – Baş naziri bildirib.