XİN rəsmisi Ermənistanla bağlı açıqlama yaydı

Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə…

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

“Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib”. Bunu “Media və təhsil dialoqu” təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək: “Yeni layihədə qismən tanınma anlayışı olacaq. Yəni məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir,…

Amerika Neft şirkətinə azərbaycanlı rəhbər təyin olundu

Amerikanın neft-qaz nəhəngi “Baker Hughes Services İnternational LLC” şirkətinin Azərbaycan respublikasındakı nümayəndəliyinə yeni rəhbər təyinatı olub. Şirkətin Rusiya Xəzər regionu üzrə Komplayns Direktoru Zaur Allahverdizadə Azərbaycan nümayəndəliyinə rəhbər təyin edilib. Qeyd edək ki, Zaur Allahverdizadə həmin şirkətin Azərbaycan və Gürcüstan üzrə Hüquqşünası, daha sonra isə “Rapid Solutions” şirkətində Hüquq və Komplayns üzrə menecer vəzifələrində çalışıb.

“iPhone 13” sifariş rekordu qırmağa başlayıb

Bildiyimiz kimi,  14 sentyabr tarixində “Apple” şirkəti yeni “iPhone 13” smartfon seriyasının təqdimatını keçirib. Təqdimatda bu seriyaya daxil olan smartfonların ön sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində ön sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki Apple Store-da ön sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi online mağazalar…

2030-cu ilədək Bakıda daha 51 metrostansiya tikiləcək

“2011-ci ildə təsdiqlənmiş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi” xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub”.…

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq. Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib. O bildirib ki, “Türksat 6A” peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır. Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir. Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu “Türksat 6A”nın…

Oxçuçay problemi BMT-nin iclasında müzakirəyə çıxarıldı

Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Bu barədə Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noah Curry çıxış edib. GIWEH bu addımla…

Nazirlikdən koronavirus xəstələrinə xəbərdarlıq

“Koronavirus əleyhinə vurulan peyvənddən 10 gün sonra olan qızdırma vaksinlə əlaqəli deyil”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, belə olan zaman digər səbəbləri araşdırmaq lazımdır. T.Eyvazov aktiv xəstələrin ictimai yerlərə çıxmasından təəssüfləndiyini bildirib: “Bu, acınacaqlı haldır. Çünki həmin şəxslər yoluxma sayını ciddi şəkildə artırmış olurlar. Nəzərə alaq ki, hazırda ailədaxili yoluxmaların…

Tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək

“Tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək”. Bunu “Media və təhsil dialoqu” təlimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, daha sıx şagird sayı olan siniflərin daha böyük ölçülü siniflərə keçirilməsi nəzərdə tutulur. Siniflərdə şagird sıxlığı Təhsil Nazirliyinin diqqətdə saxladığı məsələdir. Builki tədris ilində bir…

Elnur Rzayevin bu hərəkəti vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı

Bu gün günorta saatlarında Xaçmaz rayonunda bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən avto-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gələn Təcili Tibbi Yardım maşını qəza zamanı avtomobillərin birində olan qadına ilkin tibbi yardım göstərirdi. Rezonans.az xəbər verir ki, bu zaman kənddən şəhid ailələrini ziyarət edib qayıdan Xaçmaz rayon Icra Hakimiyyətinin başçısı cənab Elnur Rzayev hadisə yerinin…