Ukraynalı tələbələr arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinə yekun vurulub

Ukraynanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinə yekun vurulub və qaliblər müəyyənləşib. AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub. Aprelin 1-dən 15-dək səfirliyin sosial şəbəkə hesablarında və Ukraynanın 15-dən çox universitetinin saytlarında esse müsabiqəsi haqqında elan verilib. Bu…

“Bütün dünya üçün real və böyük təhdidlər var”

Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov savaşda məğlub olan Ermənistanda hərbi revanş ritorikasının təhlükəsizliyimizə hansısa təhdidi olub-olmaması haqda danışıb. R.Usubov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almır: “Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir,…

Ümummilli lider Heydər Əliyev: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”

Ümummilli lider Heydər Əliyev Dövlət himnimizin məziyyətlərindən danışarkən deyib: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.                                                      …

Niderlandda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən “Hollandiyada Azərbaycan Evi”nin təşəbbüsü ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası çap edilib. “Hollandiyada Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli bildirib ki, poçt markası Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsinə dair Sərəncamına uyğun olaraq, bu tarixi hadisəyə töhfə məqsədilə hazırlanıb.…

Şuşada abadlıq işləri

İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri davam edir. Təbii ki, yenidənqurma işləri Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada da davam etdirilir. 28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur. Azad Şuşanı əvvəlki görüşünə qaytarmaq, bərpa etmək üçün artıq…