Bu gün Kiyevdə dekabrın 16-da metronun hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Platform4.news xəbər verir ki, metro stansiyaları sığınacaq kimi fəaliyyət göstərir, bunu mer Vitali Kliçko Telegram-da bildirib.
“Hava hücumu davam edir! Sığınacaqlarda qalın”, deyə Kliçko paytaxt sakinlərinə müraciət edib.
O əlavə edib ki, hərəkətin bərpası barədə sonra məlumat veriləcək.
Enerji infrastrukturunun zədələnməsi ilə əlaqədar paytaxtın bütün rayonlarında su təchizatında fasilələr yaranıb. Kliçko əlavə edib ki, mütəxəssislər sistemin stabilləşdirilməsi üzərində işləyirlər.
O, kiyevliləri içməli və texniki su ehtiyatı hazırlamağa çağırıb.







