ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyini dəyişib. İndi Vaşinqton belə hücumların əleyhinə deyil, çünki Rusiya Federasiyası tərəfindən vəziyyətin gərginləşməsindən qorxmur.
“Platform4.news” Britaniyanın “The Times” qəzetinə istinadən bildirir ki, Vaşinqtonun irəli sürdüyü yeganə şərt Cenevrə Konvensiyasına riayət etmək olub.
“Biz Kiyevə “Rusları vurmayın” demirik. Biz onlara nə edəcəklərini deyə bilmərik. Onların silahlarından necə istifadə etmələri onların öz işidir” deyə Pentaqonun sözçüsü bildirib.
Müharibə qanunlarına və konvensiyaya riayət edilməsinin yeganə məhdudiyyət olduğu iddia edilir. Hədəflər Rusiyada mülki şəxslər və siyasətçilər olmamalıdır. Pentaqon əlavə edib ki, Ukrayna bu şərtə ciddi şəkildə əməl edir.







