Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.
Nazir Tvitter səhifəsində yazıb:
“Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq”.







