Möhtərəm Prezident!
Azərbaycan dövləti dünyada ən qüdrətli müstəqil ölkələrdən biri olaraq inkişaf etməkdədir. Onun güclü ordusunun Müzəffər Ali Baş Komandanı dövlətin Konstitusiyasına və xalqın iradəsinə əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü 44-günlük müharibədə bərpa edərək, yeni bir dövrün başlanğıcını müəyyən etdi. Bu mənada “…xaricdə yaşayan milyonlarla azərbaycanlıların da ürəyi tarixi vətəniylə bir döyünürdü…” fikriniz də təqdirə şayandır.
Qarabağ Vətən müharibəmiz haqqında qızıl hərflərlə tarixi əsərlər və dərs kitabları yazılacaq, şəhidlərimizin xatirəsini daimа qəlbimizdə yaşadacağıq. Söylənilənlərlə əlaqədar şərəfli Ad gününüzün 60-cı il dönümü xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlə Sizi ürəkdən təbrik edir və möhkəm sağlamlıq arzulayıram!
Hörmətlə, Hacı Fərhad Turanlı – tarix elmlər doktoru, professor, “Kyiv-Mohıla Akademiyası” Milli Universiteti, Ukrayna; Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri; https://az.wikipedia.org/wiki/Fərhad_Turanlı
24.12.2021








