Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən bir qrup azərbaycanlı hüquqşünas “Ədalət” ordeni ilə təltif edilib.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov açıqlamasında bildirib ki, son illər vəkillik sahəsində çox ciddi irəliləyişlər əldə olunub.
“Vətəndaşlara yüksək keyfiyyətli hüquqi dəstək göstərmək üçün bütün lazımi şəraitin yaradılması vacibdir”, – deyə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna vətəndaşlarının hüquqlarının müdafiəsində xidmətlərinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, rəyasət heyətinin üzvü Muxtar Mustafayev, vəkillər Şaiq Mirzəyev və Kamandar Nəsibov “Ədalət” ordeni ilə təltif ediliblər.








