Dekabrın 1-də prezident Vladimir Zelenski Ali Radaya diaspora üçün ikili vətəndaşlıq haqqında qanun layihəsi təqdim edəcək.
Bu barədə o, çərşənbə günü parlamentə müraciətində bildirib .
“Mən çoxlu vətəndaşlıq məsələsinin Kanada, ABŞ və Avropa İttifaqında yaşayan ukraynalılar üçün nə qədər vacib olduğunu bilirəm. Bu gün mən ilk dəfə qanun layihəsi təqdim edirəm. İlk dəfə olaraq, bütün dünyada ukraynalılar özlərini ölkənin vətəndaşı kimi hiss edəcəklər” deyə bildirib.
Zelenski vurğulayıb ki, dünyada 65 milyon ukraynalı var.







