Amerikalı hərbi eksperti Cerri Hendriks “Wall Street Journal” üçün yazdığı məqalədə ABŞ təyyarədaşıyıcılarının təhlükəsizlik baxımından zəif olduğunu və bunun onları Rusiya və Çin raketlərinə qarşı müdafiəsiz qoyduğunu bildirib.
ABŞ-ın döyüş gəmilərinin sahildəki hədəflərə hücum imkanı olmadığına diqqət çəkən Hendriksin fikrincə, Amerika Çin və Rusiya ilə rəqabət aparmaq üçün hücum məsafəsini artırmalıdır.
O qeyd edib ki, həm Çin, həm də Rusiya düşmənin hədəf bölgələrə yaxınlaşma ehtimalını əhəmiyyətli dərəcədə çətinləşdirən və bəlkə də buna imkan verməyən təsirli döyüş texnikaları əldə ediblər.
Hendriks döyüş gəmilərinin sahilə 1800 kilometrdən az məsafədə yaxınlaşa bilməyəcəyini deyib.
Amerikalı ekspert vurğulayıb ki, yaxın vaxtlarda təyyarədaşıyan gəmilərin göyərtəsində pilotsuz uzaqmənzilli təyyarələr görünməsə, hücum qüvvələri Rusiya və Çinin qarşısının alınmasında çətinlik çəkəcək.







