Ukraynada fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimovun təşəbbüsü ilə , Azərbaycanın 8 noyabr şanlı Qələbə günü münasibətilə Kiyev şəhərində Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbord yerləşdirilib!
Bilbordda, “8 noyabr Azərbaycanın şanlı Qələbə günüdür”, “Qarabag Azərbaycandır”, “Dəmir yumruq” və “Xarıbülbül” çiçəyinin təsviri, “Krım və Donbas Ukraynadır”, şüarları əks olunur !
Bilbord noyabr ayının 1-dən 15-dək 15 gün müddətinə yerləşdirilib.
“Mən bu böyük, tarixi Qələbə günü münasibətiilə Xalqımızı təbrik edirəm!
Bu tarixi Zəfər Azərbaycan ordusunun, onun Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha bütün dünyaya sübut etdi deyə təşkilat sədri bildirib!
Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Müzəffər Ali Baş Komandana!
Yaşasın Azərbaycan!
Qarabag Azərbaycandır!
Təşkilatımız tarix elmlər doktoru, professor Fərhad Turanlıya göstərdiyi məsləhət üçün təşəkkürünü bildirir!




Ukrayna, Kiyev
01.11.2021







