Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda siqnal verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub.
Terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb.
Yerli qaynaqlardan əldə edilən informasiyaya görə, YPG-yə bağlı hərbi polis nümayəndələri dünən səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib.
Terror təşkilatının başlatdığı bu kampaniya Raqqa şəhərinin qərbindəki Əl-Mahmudli, Vadyan, Mansura, Kadiran və Salhabiyə kəndlərini əhatə edib.
Bundan başqa, Ankaranın əməliyyat siqnalından sonra PKK/YPG-nin mümkün qədər döyüşçü toplamaq üçün Raqqa ətrafındakı qəsəbələrin girişinə və mərkəzində nəzarət nöqtələri yaradıb.







