İsrailin pilotsuz uçuş aparatı Qəzza zolağının şimalına zərbə endirib.
Bu barədə Fələstinin WAFA agentliyi bildirib.
Məlumata əsasən, ən azı iki raket mərmisi Beyt-Lahiya şəhəri yaxınlığındakı əkin sahələri kimi istifadə edilən əraziyə düşüb. Bu da maddi ziyana gətirib çıxarıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib.







