Yeni qaydalara əsasən hava yolu ilə ölkəmizə səfər etmək istəyən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidir.
1. Yaxın qohumu Azərbaycan vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilər və onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) —- qohumluğunu təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd.
2. İş, müvəqqəti və daimi yaşama icazəsi olan əcnəbilər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) və ölkəyə girişinə Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş əcnəbilər — müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd.
3. Yuxarıda qeyd olunan 2 kateqoriyaya daxil olmayan, lakin hava yolu ilə ölkəyə giriş-çıxışına icazə verilən 9 ölkənin (Türkiyə, Rusiya, ABŞ, Birləşmiş Krallıq, Macarıstan, İsrail, BƏƏ, Bəhreyn, Qətər) yaşı 18-dən yuxarı olan vətəndaşları — PCR testinin neqativ nəticəsi ilə yanaşı, həmçinin COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd).







