Son illər ərzində “Ukrayna məhsulları” ticarət şəbəkəsi Ukraynanın Azərbaycanda əsl vizit kartına çevrilmişdir. Bu brend burada çox məhşurdur.
Bakıda artıq sayca 14-cü Ukrayna mağazasının açılışını gözləyən qonaqların rəyləri bizə irəli hərəkət etməyə əlavə enerji verir, deyə Ukraynanın Azərbaycandakı səfiri bildirib.
Bu təəcüblü deyil, çünki biz dəqiq məntiq üzrə işləyirik: hər növbəti layihə əvvəlkindən daha yaxşı olmalıdır!
Nəticə olaraq, “Ukrayna məhsulları” Mağazaları = yüksək keyfiyyət və məhsulların geniş assortimenti deməkdir!
Yeni mağaza simvolik yerdə: Azərbaycan paytaxtının “Yaşıl bazarının” ərazisində yerləşir.












