“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq:
“Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”.







