PLATFORM4.NEWS xəbər verir ki, prezident Vladimir Zelenski telemarafonda keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna yaxınlaşan qışdan sağ çıxsa, Rusiya ilə müharibədə qalib gələcək.
O, ukraynalıların bunu bacaracaqlarına əmin olduğunu bildirib.
“Əgər biz bu qışdan sağ çıxsaq – biz ondan sağ çıxacağıq – bu müharibədə mütləq qalib gələcəyik. İnanın, enerji zərbələri Rusiyada qalan ən güclü silahdır”, – deyə Zelenski əlavə edib.







