Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 15-də keçiriləcək G20 sammitində çıxış edəcək.
Dövlət başçısı müharibənin 263-cü gününün sonunda verdiyi videomüraciətdə Ukraynanın mövqeyinin çox mənalı şəkildə təqdim olunacağına bildirib.
“Və biz artıq Ukrayna üçün vacib həftəyə – diplomatik həftəyə çox fəal hazırlaşırıq. G20 sammiti İndoneziyada keçiriləcək və bizim mövqeyimiz təqdim olunacaq. Çox əhəmiyyətlidir”, – Ukrayna lideri deyə əmin edib.
Onun sözlərinə görə, hökümət bütün suallara cavab verəcəklər.
“Biz indi qaldırılan bir çox suallara cavab verəcəyik. Bütün xalqımız, bütün tərəfdaşlarımız, bizi dəstəkləyən hər kəs onları eşitsin”,
– Zelenski əlavə edib.







