Kiyevdə məhv edilmiş Rusiya hərbi texnikasının “paradı” başlayıb.
Rusiya işğalçı qüvvələrinin məhv edilmiş avtomobilləri, zirehli texnikası və digər silahları şəhərin mərkəzi küçəsi Xreşatikdə yerləşdirilib.
Bu barədə Kiyevdə yaşayan həmyerlimiz, PLATFORM4.NEWS saytının təsisçisi Qulu İbrahimov bildirib.
Kiyevlilər və paytaxtın qonaqları Ukraynanın şəhər və kəndlərini yerlə-yeksan etmiş, işğalçı Rusiyanın məhv edilmiş hərbi texnikalarını öz gözləri ilə görə biliblər.





















