Bu gün AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası” mövzusunda Dəyirmi Masa keçirildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə mövzu ilə bağlı çıxış edərək qeyd etdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv xarici siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın çətin geosiyasi gerçəkliklərində xalq diplomatiyası xarici siyasətin ayrılmaz tərkib hissələrindən biri olmuşdur. Rəsmi Bakı bu illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.

İlham Məmmədzadə çıxışına davam edərək Azərbaycan-Ukrayna elmi və diplomatik əlaqələrinin inkişaf etdirilməsində əməyi olan, uzun illərə Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professor vəzifəsində çalışmış, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri Arif Quliyevin gördüyü işləri qeyd edərək, onu 70 illik yubileyi münasibəti ilə təbrik edib, alimə elmi yaradıcılığında uğurlar arzuladı.
Fəlsəfə və Sosiologiya İnstitunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli hüquq elmləri doktoru professor Arif Quliyevin Ukraynadakı elmi-ictimai fəaliyyəti haqqında dəyirmi masa iştitrakçılarına ətraflı məlumat verərək, Azərbaycan diasporasının Ukraynadakı uğurlu fəaliyyətindən söz açdı. Azərbaycan-Ukrayna əlaqələrindən bəhs edən E.Mədətli dövlətlərarası humanitar əlaqələrin uğurla davam etdirildiyini bildirdi. Məhz bu əlaqələrin nəticəsi olaraq
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova çıxışı zamanı Arif Quliyevi yubileyi münasibəti ilə təbrik etdi, ona elmi və ictimai işlərində müvəffəqiyyətlər dilədi.
AMEA Azad Həmkarlar Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov “Xalq diplomatiyası” kitabının müəllifi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının Sədri Arif Quliyevi yubileyi münasibəti ilə təbrik edərək, alimi 70 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif etdi.
Hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev “Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası” mövzusunda fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşərək, ona göstərilən diqqətə və elmi-ictimai fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Fəlsəfə və Sosiologiya İnstitunun rəhbərliyinə, tədbirə gələn və çıxış edən hər kəsə minnətdarlığını bildirdi.