Rusiya prezidenti Vladimir Putin rus hərbçilərinə Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olmağı əmr edib.
Onun planına görə, ilk növbədə Luqansk vilayətini tutmaq lazımdır. Bu barədə təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Kanal 24 məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Rusiyanın ali rəhbərliyi iyunun 1-dək Luqansk vilayətinin tam ələ keçirilməsi barədə göstəriş verib.
Qeyd olunur ki, Donetsk vilayəti ilə bağlı vəziyyət xeyli mürəkkəbdir. Putin onu iyulun 1-nə qədər ələ keçirməyi qarşısına məqsəd qoyub.
Beləliklə, təcavüzkar ölkə Donbassın bütün ərazisini eyni vaxtda ələ keçirməkdən imtina etdi.







