Ukrayna iyunda Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu ala bilər.
Platform4.news xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasında çıxışı zamanı Qərbi Balkan ölkələrinin buna qarşı olmadıqlarını bildirib.
“Strateji səviyyədə Ukrayna Avropa İttifaqına namizəd statusu iyun ayında təsdiq edilməlidir. Ölkəmizə namizəd statusunun verilməsində göstərdikləri anlayışa və dəstəyə görə Qərbi Balkan ölkələrinə təşəkkür etmək istəyirəm”, – o deyib.
Ukrayna tərəfi bu statusun alınması üçün sorğu anketini rəvan şəkildə dolduraraq Avropa Komissiyasına təqdim edib.
“Və biz kiməsə lazımsız alternativ tapmaq və ya Ukrayna üçün başqa nəsə tapmaq cəhdlərini rədd edirik. Biz də sizin kimi olmalıyıq, Ukraynanın namizəd statusu almasını istəyirik. Biz bütün lazımi kriteriyaları yerinə yetirmişik”, – Zelenski əlavə edib.







