Böyük Britaniya hakimiyyəti Rusiyadan daha 26 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
Böyük Britaniya Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerova, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova, RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanski, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan, Rusiya Federasiyası Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Valeri Flustikov, iş adamı Herman Xanın həyat yoldaşı Anjelika Xana qarşı sanksiyalar tətbiq edib.







