“Agriculture Management and İnvestment Company” MMC 2016-cı ildə təsis edilmişdir. Aqrar layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərməyə başlayan Şirkət daha sonra öz imkanlarını genişləndirərək bir çox başqa sahələrdə də layihələr icra etməyə başlamışdır.
Həm yerli, həm də beynəlxalq tərəfdaşları ilə birlikdə yüzdən çox layihə icra edərək təhvil vermişdir. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Həvva Yaqublunun saytımıza verdiyi məlumata görə Şirkət artıq bundan sonra “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” adı altında fəaliyyətini davam etdirəcək.
“Bizim şirkət layihələrin idarə edilməsi, təlim və konsaltinq sahəsində daha çox ixtisaslaşıb. Bir neçə iri həcli layihələrin üzərində işlər aparırıq. Onların içərisində Biləsuvar şəhərində təşkil etmək istədiyimiz “Aqrar təlim, tədris və sertifikatlaşma mərkəzi” xüsusi əhəmiyyətə malikdir. Şirkətimizin hədəflərindən biri də ölkə hüdudlarından kənarda layihələr icra edərək ölkəmizi yüksək səviyyədə təmsil etməkdir.” deyə Həvva Yaqublu əlavə etmişdir.







