Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmail Dəmir jurnalistlərlə görüşündə 2022-ci ildə müdafiə sənayesi sahəsində həyata keçiriləcək kritik layihələrlə bağlı açıqlamalar verib.
Quru Qoşunlarının Simulyasiya Sistemləri (KARASİM) müqaviləsinin imzalandığı proqramda mühüm mesajlar verən Dəmir yekun nitqində bunları söyləyib: “Dost və müttəfiq ölkələrimizin inventarında yerini tutan məhsullar bütün dünyaya ixrac edilərkən , Türk SİHA’larının oyun dəyişdirən anlayışı dünyanın gündəmindədir. ”
Ismail Dəmir yerli istehsal məhsullarının ixrac edilməsi ilə bağlı qeyd edib ki, müdafiə sənayesi məhsulları ixrac edilən ölkələrin sayı 170-ə, İHA və SİHA-lar, quru nəqliyyat vasitələri və dəniz platformaları başda olmaqla ixrac edilən məhsulların sayı isə 228-ə yüksəlib.
“Yeni qaydalara görə Reaktiv Təlim və Yüngül Hücum Təyyarələri HÜRJET anqardan ayrılacaq və yer sınaqları başlayacaq. Mini İHA-D və Mini İHA BOYGA-lar istifadəyə veriləcək. Bayraktar TB3 SİHA ilk uçuşunu edəcək. Gökdəniz Yaxınlıqdakı Hava Hücumundan Müdafiə Sistemi İstanbul Friqatına inteqrasiya ediləcək. Çatdırılmaları SUNGUR edəcək. KARAOK raketimiz ilk dəfə olaraq inventarda yer alacaq”-deyə sədr bildirib.







