ABŞ-ın şərq sahillərində üstün olacaq “Bomba siklon” adlanan qar fırtınası səbəbindən 5 ştatda fövqəladə vəziyyət elan edilib.
Boston meri Mişel Vu bu qar fırtınasının “tarixi” olacağını bildirib.
Nyu-York, Nyu-Cersi, Merilend, Rod-Aylend və Virciniya qubernatorları əhaliyə yollardan uzaq qalmaları barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, əlverişsiz hava şəraiti səbəbindən cümə və bazar günləri arasında ABŞ-da 5000-dən çox uçuş ləğv edilib.







