“NATO-dakı müttəfiqlər arasında Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fikir müxtəlifliyi var”.
Bunu “El Pais” qəzetinə müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.
“NATO-dakı müttəfiqlərin Ukraynaya dəstək vermək öhdəliyi var. Biz onlara siyasi və praktiki dəstək veririk, onların müdafiə institutlarını modernləşdirməyə, korrupsiya ilə mübarizə aparmağa və kibermüdafiə mexanizmlərini qurmağa kömək edirik. Müdafiə silahlarının tədarükünə gəlincə, müttəfiqlərin bununla fərqli baxışları var. Amma İngiltərə, ABŞ və ya Baltikyanı ölkələr kimi bəzi müttəfiqlər bu cür silahlar verir”, – Stoltenberq söyləyib.
NATO baş katibi heç kimin silahlı qarşıdurmada maraqlı olmadığını bildirib:
“Moskvanı təhlükəsizliklə bağlı qayğılarını oturub danışmağa çağırırıq”.
Ukraynanın neytral statusunun mümkünlüyündən danışan baş katib deyib: “Bu məsələ Ukraynanın hüdudlarından kənara çıxır. Rusiya Ukraynanın gələcəkdə NATO-ya üzvlüyünü əngəlləyən hüquqi qüvvəyə malik müqavilə imzalamaq istəyir. Ukraynanın alyansa qoşulmağın tərəfdarı olub-olmamasından asılı olmayaraq, onun qərarına hörmətlə yanaşmalıyıq”.







