Rusiya Ukraynaya hücum edəcəyi halda NATO çərçivəsində üzərinə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə davam edəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsi zamanı deyib.
Ərdoğan Türkiyənin hansı addımları ata biləcəyini və Şimali Atlantika Alyansının üzvü olaraq hansı öhdəlikləri götürdüyünü açıqlamayıb.
“Hazırda biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək”, – Ərdoğan bildirib.
“Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib”, -deyə o əlavə edib.
“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın ilhaqına qarşı açıq mövqe tutmuşuq”, – deyə Ərdoğan bildirib.







