Qərb Ukraynanın NATO-ya daxil olması məsələsində Rusiyanın “istək siyahısı”nı qəbul etməkdən imtina etdi. ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlarda bu, açıq şəkildə ifadə edilib.
Bu barədə Platform4.news-a Ukraynadan həmyerlimiz, politoloq Qulu İbrahomov bildirib.
“Onlar Rusiyanın İstək Siyahısını rədd etdilər. Bu o deməkdir ki, Qərb qəbuledilməz ultimatumlar irəli sürəndə Rusiya ilə heç vaxt danışmayacaq. Başqa ölkələrin taleyini həll etmək artıq onun üçün deyil. Rusiya bu mövqedə nəyisə dəyişəcəyini düşünmürəm. Putinin təşəbbüsü məhv edildi”, deyə politoloq bildirib.
Ukrayna üçün bu danışıqlar müsbət nəticədir. “Qərb öz mövqeyini açıq şəkildə ifadə etdi. Alyansa qoşulmaq Rusiyanın deyil, Ukrayna və NATO-nun qərarıdır. Rusiyanın Ukrayna ilə sərhədlərə qoşun toplamaqda davam edəcəyi isə Ukrayna üçün mənfi xəbərdir” deyə İbrahimov əlavə edib.
Politoloq bildirib ki, Ukraynada Rusiyanın hücumunun qarşısın almaq üçün yüksək səviyyəli müdafiə və silah yoxdur. Ukrayna ordusu ən son növ hərbi texnika ilə silahlanmalıdır. Bu, Rusiyanın potensial hücumunun qarşısını ala bilər. Eyni zamanda Ukrayna diplomatiyası məsələ qaldırmalıdır ki, Qərb lazım olan bütün dəstəyi versin.
Ukrayna diplomatiyası işləyir. Qərblə qarşılıqlı əlaqə var. Ukraynanın mövqeyi nəzərə alınır. Ukraynanın Alyansın üzvü olub-olmamasına hələ də şübhə edən NATO ölkələri ilə işi davam etdirmək vacibdir deyə plitoloq əlavə edib.







