Elektrik enerjisinin 25 faizini 17 nüvə stansiyasından təmin edən Almaniya bunun sayını 6-ya endirməklə əslində Rusiyadan asılı vəziyyətə düşüb.
Bu barədə ABŞ-da nəşr edilən “The Wall Street Journal” yazır.
İddia edilir ki, əslində rus qazı ölkəyə baha qiymətə başa gəlir. Bildirilir ki, 1 meqavat/saat enerjinin qiyməti 50 avrodan 300 avroya yüksəlib.
10 il əvvəl Almaniyanın elektrik enerjisinə olan ehtiyacının 25 faizini 17 AES-dən qarşıladığını, lakin Almaniyanın keçmiş kansleri Angela Merkelin Yaponiyada Fukuşima atom elektrik stansiyasında baş verən fəlakətdən sonra həyata keçirdiyi siyasətlər nəticəsində cəmi 6 atom elektrik stansiyasının qaldığı ortaya çıxıb. Mövcud AES-lərin üçünün də ilin sonunda fəaliyyətini dayandıracağı bildirilsə də, iqtisadi, geosiyasi və iqlim çərçivəsində özünü məhv edən bu ddımın çətin olduğu vurğulanır.
Nüvə enerjisinin ləğvi ilə Almaniyanın Rusiya təbii qazından asılı vəziyyətə düşdüyünə diqqət çəkən qəzet qeyd edir ki. 2010-2020-ci illərdə bir meqavat/saat enerjinin orta qiyməti 50 avro olub, 2020-ci ildə isə 300 avroya yüksəlib.
Nüvə enerjisini sıradan çıxarmağa başlayan Fransanın da oxşar problemlə üzləşdiyinə diqqət çəkən qəzet, ölkənin elektrik ehtiyacını qarşılamaq üçün Berlinin Moskvadan asılılığının günü-gündən artdığını bildirir. Qeyd edir ki, Rusiyanın Ukrayna və Şərqi Avropa siyasəti tərəflər arasında münasibətlərdəki disbalans yaradır.







