Britaniya 600 nəfərlik xüsusi təyinatlı qrupu Rusiyanın mümkün işğalı fonunda Ukraynaya yerləşdirməyə hazırdır.
Bu barədə “Mirror” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, London xüsusi təyinatlılar, xüsusi kəşfiyyatçılar, tibbi heyət, mühəndis-istehkamçılar, rabitəçilər və Olderşotdakı 16-cı hava-hücum briqadasının 400 desantçısından ibarət bölük hazırlayır.
“Bütün avadanlıqlar yığılıb, onlar Ukraynaya uçmağa hazırdırlar”, – nəşr bildirib.







